Həkimlərlə tibb bacıları sousda güləşdilər - FOTO

17 Oktyabr 2018 17:49 (UTC+04:00)

İngiltərənin Lankaşir qraflığındakı Barnli şəhərində "World GRAVY Wrestling Championship" keçirilib.

Movqe.az bildirir ki, sous və su qarışığı tökülmüş üfürmə, dayaz hovuza girmiş rəqiblər qələbə uğrunda mübarizə aparıblar.

İştirakçılar isə cərrahlar, həkimlər, tibb bacılaları, sanitarlar, xeyriyyə təşkilatlarının əməkdaşları idilər.

 

Yüzlərlə tamaşaçının seyr etdiyi yarışda Mançesterdən olan tibb bacısı Roksi Afzal qalib gəlib.

Çempionatdan əldə olunan pulların hamısı Şərqi Lankaşirdəki hospisin hesabına köçürülüb.

Milli.Az