Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

28 Avqust 2018 17:33 (UTC+04:00)

Lerik rayonunda zəlzələ baş verib. 

Movqe.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.