Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.
Dövlət Xidmətindən Movqe.az-a verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları - səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.