Vladimir Putin: Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir

1 Sentyabr 2018 14:20 (UTC+04:00)

Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir.

Movqe.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

V.Putin qeyd edib: “Hörmətli İlham Heydər oğlu. Əziz dostlar. İcazə verin, Sizi Soçidə ürəkdən salamlayım. Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq.

Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!”