Millimizin heyətində dəyişiklik

4 Sentyabr 2018 11:54 (UTC+04:00)

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb.

Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.