Yaponiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

4 Sentyabr 2018 13:57 (UTC+04:00)

Yaponiyanın xarici işlər naziri Taro Kono 5-6 sentyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

XİN-dən Movqe.az-a verilən məlumata görə, səfər çərçivəsində Taro Kononun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

milli.az