Dağıstan qazsız qaldı

4 Sentyabr 2018 14:37 (UTC+04:00)

Dağıstanda qəza nəticəsində 74 yaşayış məntəqəsi qazsız qalıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Tabasaranskda "Kamaz" markalı yük avtomobilinin əsas borulardan biri ilə toqquşması nəticəsində 219 mm-lik diametrə malik qaz sızması yaranıb.

Hadisə nəticəsində partlayış baş verməyib.

 

Yaranan problemin bu günün sonuna qədər aradan qaldırılacağı deyilir.