Müdafiə Nazirliyi: Türkiyə-Rusiya İşçi qrupları Suriyadakı vəziyyəti müzakirə edib

5 Sentyabr 2018 13:12 (UTC+04:00)

 “Türkiyə-Rusiya İşçi qrupları arasında Suriyadakı hadisələr və regional təhlükəsizlik məsələlərininin sonuncu müzakirəsi avqustun 31-dən sentyabrın 4-dək Ankarada keçirilib”.

Movqe.az “Report”a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, işçi qrupları arasında görüşlər davam edəcək.

Xatırladaq ki, sentyabrın 4-də Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın şimalındakı vəziyyət barədə Ankaranı məlumatlandırdıqlarını deyib.

Qeyd edək ki, sentyabrın 7-də Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin görüşü olacaq. Toplantıda dövlət başçıları və hökumət başçısının Suriyadakı vəziyyəti müzakirə edəcəkləri nəzərdə tutulub.