"Facebook" "BlackBerry"ni məhkəməyə verib

7 Sentyabr 2018 13:14 (UTC+04:00)

 ABŞ-ın "Facebook" sosial şəbəkəsi Kanadanın mobil telefon istehsalçısı "BlackBerry" şirkətini məhkməyə verib.

Movqe.az "Report"a istinadən xəbər verir ki, "BlackBerry" səslə mesajlaşma texnologiyası, video, audio və qrafik məzmunun ötürülməsi də daxil olmaqla ümumi 6 patent üzrə hüquqların pozulmasında günahlandırılır.

Buna görə, "Facebook" qarşı tərəfdən kompensasiya tələb edir. Amma onun məbləği açıqlanmayıb. 

Xatırladaq ki, bu ilin martında "BlackBerry" də "Facebook"u texnologiyalarla bağlı patent hüququnu pozmaqda ittiham etmişdi.