Azərbaycan Ukraynanın əsas neft ixracatçısı oldu

6 Sentyabr 2018 18:30 (UTC+04:00)

Azərbaycan son səkkiz ayın nəticələrinə görə, Ukraynanın əsas neft ixracatçısı olub. Bu ölkədən Ukraynaya 273,9 milyon dollar dəyərində xammal daxil olub. Movqe.az  bildirir ki, bu barədə Ukraynanın Dövlət Fiksal Xidməti məlumat yayıb.

Bildirilir ki, göstərilən dövrdə Əlcəzairdən Ukraynaya 7,1 milyon dollar, İrandan 5 milyon dollar, digər ölkələrdən isə 2,4 milyon dollar dəyərində neft ixrac edilib.

Bu dövrdə Ukraynadan neft və neft məhsullarının ixracı qeydə alınmayıb.

2018-ci ilin yanvar-avqust aylarında Ukraynaya 288 milyon dollar dəyərində neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.