Qanunsuz silahlı qruplaşmada iştirak edən azərbaycanlı “İnterpol” xəttilə axtarışa verilib

6 Sentyabr 2018 21:00 (UTC+04:00)

Rusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlını beynəlxalq axtarışa verib.

“Report”un məlumatına görə, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Azər Oqtay oğlu Ömərov qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinir.
A.Ömərov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün “İnterpol”a müraciət edilib.