Sürücü törətdiyi qəzada öldü

6 Sentyabr 2018 17:12 (UTC+04:00)

Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən verilən xəbərə görə, sentyabrın 5-də saat 17 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırmış və nəticədə sürücü hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.