Hadisə bacısını məhkəməyə verdi

7 Sentyabr 2018 11:47 (UTC+04:00)

Müğənni Hadisə bir neçə ay əvvələ qədər ona menecerlik edən bacısı Hülya Açıkgözü məhkəməyə verib.

Movqe.az axşam.az-a istinadən məlumat verir ki, sənətçi bacısının onunla birlikdə işləyərkən əldə etdiyi gəliri geri almaq niyyətindədir. Xəbərə görə, Hadisə Hülyanın qazancının haqsız gəlir olduğunu iddia edir. İkilinin məhkəməsi bu ayın ikinci həftəsində baş tutacaq. 

 

Qeyd edək ki, bacılar arasındakı gərginlik anaları Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra yaranıb.