Gəncə İcra Hakimiyyətində kadr dəyişikliyi olub

7 Sentyabr 2018 17:11 (UTC+04:00)

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Movqe.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri Tağıyev Vüsal Rasim oğlu vəzifəsindən azad edilib.

Bu vəzifəyə isə əvvəllər həmin sektorda aparıcı məsləhətçi işləyən Abbasov Emin Ziyad oğlu təyin olunub.

“Report”