İlk dəfə: tələbə qıza 12 nəfər qulluq edəcək - FOTO

10 Sentyabr 2018 14:00 (UTC+04:00)

Hindistandan olan milyarderin qızı Şotlandiyadakı Sent-Endryus Universitetinə (St Andrews University) qəbul olunub.

Tələbə qıza təhsil aldığı müddətdə 12 nəfər qulluq edəcək. Qulluqçular arasında 2 cangüdən, lakeylər, bağban, qapıçı, aşpaz, sürücü də var.

Movqe.az milli.az-a istinadən bildirir ki, 17 yaşlı qız universitetdə təhsil aldığı müddətdə lüks malikanədə yaşayacaq. Milyarder ata üçmərtəbəli, 18 yataq otağı və qolf meydançası olan bu malikanəni qızı üçün alıb.

 

Qız üçün qulluqçuların axtarıldığı barədə elanlar "Silver Swan" saytında yerləşdirilmişdi.