Bu marşrutun hərəkət sxemində dəyişiklik edilib

11 Sentyabr 2018 09:15 (UTC+04:00)

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından - Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.