Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb

11 Sentyabr 2018 14:21 (UTC+04:00)

 Türkiyə-İran sərhədində partlayış törədilib. 

Movqe.az  “Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib. 

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır.