İspaniyanın enerji şirkətinin rəhbəri: "Biz Azərbaycandan təbii qaz almaq istəyirik"

19 Sentyabr 2018 12:23 (UTC+04:00)

"Avropa Azərbaycandan həm təbii qaz, həm də ABŞ-dan maye qaz ala bilər".

"Report"un məlumatına görə, bu barədə İspaniyanın ən böyük "Enagas" enerji şirkətinin icraçı direktoru Marselino Oreha CNBC-ə müsahibəsində deyib.
"Biz ümid edirik ki, hər ikisi bizdə olacaq. LPG mövsümi səbəblərə görə və nisbətən ucuz qiymətə təbii qazı Azərbaycan və Rusiyadan alacağıq", - M.Oreha deyib.