Tovuzda qadın dərmandan zəhərlənib öldü

1 Oktyabr 2018 10:23 (UTC+04:00)

Tovuz rayonunda yaşlı qadın dərmandan zəhərlənib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini Həsənova Ülviyyə Arif qızı evində dərman qəbul edib və həmin dərmandan sonra halı pisləşib.

Qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.