Arsenal Qarabağ-la oyuna 3-cü qapıçı ilə çıxa bilər

1 Oktyabr 2018 15:31 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Qarabağ-ın qonağı olacaq Arsenal əsas qapıçı Peter Çexin yoxluğunda 3-cü qapıçı ilə meydana çıxa bilər.Movqe.az goal.az-a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Unay Emeri argentinalı qolkiper Damian Martinesin xidmətindən yararlanmaq fikrindədir.Avroliqanın ilk turunda

Vorskla ilə keçirilən görüşdə çərçivəni 2-ci qapıçı Bernd Leno qoruyub. Lakin Çexin zədələnməsindən sonra Emeri Lenonu Premyer Liqada əsas qapıçı kimi istifadə etməyi qərara alıb. Buna görə də Damian Martinesə Avroliqa oyununda şans veriləcəyi gözlənilir. 


Qeyd edək ki, Qarabağ - Arsenal oyunu oktyabrın 4-də keçiriləcək