Bakıda sərnişin avtobusu qatarla toqquşub

1 Oktyabr 2018 15:16 (UTC+04:00)
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı sərnişin avtobusu ilə toqquşub.
Movqe.az  “Report”a istinadən xəbər verir ki, toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.
Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.