“Azərbaycan Dəmir Yolları” QSC: Hadisənin baş verməsində maşinistin heç bir günahı yoxdur

1 Oktyabr 2018 16:52 (UTC+04:00)

"Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşmasında maşinistin heç bir günahı yoxdur və hər iki tərəfdə şlaqbaum bağlı olub".

Movqe.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, avtobus qatarın keçməsini gözləmədən onun yoluna daxil olub və məlum qəza baş verib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alanların sayı 34-ə çatıb. Yaralılardan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

"Report"