“Bakcell” açılış etdi: ilk 50 nəfərə hədiyyə - Foto

28 Oktyabr 2018 14:48 (UTC+04:00)

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin Zaqatala rayonunda yeni satış və xidmət mərkəzinin açılışı olub.

Movqe.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers iştirakçıları salamlayaraq, şirkətin fəaliyyətinin daha da genişləndirildiyini bildirib:

“Azərbaycanın şimal bölgəsində yerləşən yeni mərkəzin açılışına xoş gəlmisiniz. Söz verdiyimiz kimi, 4G şəbəkəmizi Azərbaycanın bütün regionlarında inkişaf etdiririk. Bu, açılış tədbiri olduğu üçün hədiyyə ilə gəlmişik. Belə ki, bu mərkəzə yaxınlaşan və mərkəzin xidmətlərindən istifadə edən ilk 50 abunəçi “Bakcell”in 4G data kartını əldə edəcək. Müştəri kartla birlikdə 1 aylıq pulsuz internet trafiki də qazanacaq”.

Qeyd edək ki, bundan əvvəl “Bakcell”in Göyçayda diller dükanı, Qəbələdə isə yeni satış və xidmət mərkəzinin açılışı olub.