Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy və Gəncədə işəgötürənlərin iştirakı ilə seminar keçirib (FOTO)

2 Oktyabr 2018 10:14 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy rayonu və Gəncə şəhərində işəgötürənlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması və “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzularında seminar keçirib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, tədbirdə Goranboy rayonu və Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Naftalan, Samux, Göygöl rayonlarından olan işəgötürənlər, təhsil işçiləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin nümayəndələri iştirak edib.

 

Seminarda qanunvericiliydə uşaqların əmək hüquqlarının həyata keçirilməsində təminatlar, qeyri-rəsmi məşğulluğun işçilərin sosial-əmək hüquqlarının pozulmasına təsiri, insan hüquq və azadlıqlarının təmin olunması və digər mövzularda müzakirələr aparılıb.