Ronaldonun zorlama işi ilə bağlı araşdırma yeniləndi

2 Oktyabr 2018 11:35 (UTC+04:00)

Las-Veqasın Polis Departamenti sentyabrda Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldonun zorlama işi ilə bağlı təhqiqatı yeniləyib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu barədə BBC-nin müxbiri Den Roan "Twitter" səhifəsində bu barədə məlumat yerləşdirib: "2009-cu ilin 13 iyununda Las-Veqasın Polis Departamentinə seksual zorakılıq barədə zəng daxil olub. Zorakılığa məruz qalmış qadın hadisənin baş verdiyi yer və şübhəli şəxsin əlamətləri barədə məlumat verməyib. 2018-ci ilin sentyabrında iş yenidən açılıb. Bizim detektivlər zorakılığa məruz qalmış şəxsdən informasiya alırlar. Araşdırma aparılır və onun təfsilatı indi açıqlanmayacaq".

Daha əvvəl Almaniyanin "Spiegel" jurnalı hadisənin 2009-cu ildə ABŞ-ın Las-Veqas şəhərində Ronaldo və Ketrin Mayorqi arasında baş verib. Sonradan futbolçu susması üçün 375 min dollar ödəyib.

Zorlama faktını inkar edən portuqal ulduz alman nəşrini məhkəməyə vermək niyyətindədir.