Galatasaray-da ciddi itki

2 Oktyabr 2018 11:44 (UTC+04:00)

Galatasaray ciddi itki ilə üzləşib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, “sarı qırmızılar”ın yeni transferi Əmrə Akbaba zədələnib. 25 yaşlı futbolçu bu gün əməliyyat olunub. Futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Galatasaray Akbabanı yay transfer pəncərəsi dövründə heyətinə qatıb.