Bakıda faciə: 10 yaşlı oğlan öldü

2 Oktyabr 2018 12:49 (UTC+04:00)

Bakıda "KamAZ" 10 yaşlı uşağı vuraraq öldürüb.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü Vüqar Paşayev idarə etdiyi "KamAZ" markalı yük maşını ilə qəsəbə sakini 10 yaşlı Ayxan Hüseynovu vurub.

Uşaq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.