Amerikalı ekspert: "İlham Əliyevlə Paşinyan arasında əldə olunmuş razılaşma Qarabağ münaqişəsinin həllinə töhfədir"

2 Oktyabr 2018 12:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu Trend-ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə ekspert (ABŞ) Piter Teys deyib.

O bildirib ki, növbəti aylarda bu razılaşmanın nəticələri müşahidə olunacaq:

"Bu səviyyədə müzakirələr yalnız konkret fəaliyyət və nəticələr olduqda vacib əhəmiyyət daşıyır".

P.Teys deyib ki, Azərbaycan regionda sülhün təmin olunması üçün bütün mümkün variantlardan istifadə edir və regionda sülh və çiçəklənmə üçün çoxlu investisiya yerləşdirib:

"Baş nazir Nikol Paşinyan Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması üçün öz rəhbər mövqeyindən istifadə etməli və aqressiyadan dövlət idarəçilik aləti kimi istifadə etməkdən çəkinməlidir. Yerevan beynəlxalq hüquqa hörmət etməli və Qafqazda etibarlı tərəfdaşa çevrilməlidir".