AFFA "Keşlə"ni cərimələdi

2 Oktyabr 2018 14:26 (UTC+04:00)

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Movqe.az-ın goal.az-a istinadən xəbərinə görə, İK Topaz Premyer Liqanın 6-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.