Goranboy sakini Yevlaxda 1000 manat cərimələndi

2 Oktyabr 2018 16:12 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun "Qazandağı" adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub.

Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.