Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxundu

2 Oktyabr 2018 16:35 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ceyhun Muradovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Movqe.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, C.Muradov 2018-ci il martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək, ondan 87 manat pul alıb.

 

Zərərçəkmiş məhkəmədə verdiyi ifadəsində deyib ki, gecə saatlarında Xırdalan dairəsində müştəri gözləyən zaman C.Muradov ona yaxınlaşıb, "20 Yanvar"a 5 manata aparmasını istəyib.

Ə.Kərimovun sözlərinə görə, C.Muradov daha sonra onun maşınını başqa yerə sürdürüb: "Maşını bir evin qabağında saxlatdırıb düşdü və məndən 2 manat istədiki ki, "evdəkilərə çörək pul verim, xırdalayıb qaytaracam" ded. Pulu verdim, bir də qayıdıb, 5 manat istədi. Onu da verdim. Daha sonra bir də gəlib 5 manat istədim, bu dəfə vermədim. Sonra məni bıçaqla hədələdi. Əlimi cibimə salıb nə pul vardısa, çıxartdım. Cibimdə də 80 manat pul vardı, hamısını aldı. Sonra da dedi ki, "bu barədə kiməsə desən, bu qapıya kimsə gəlsə, vurulacaqsan". Mən də çıxıb evə getdim, orada fikirləşib sonra polisə gəlib şikayət elədim".

C.Muradov hadisə zamanı içkili olduğunu, sürücüyə isə dəymiş zərəri ödədiyini söyləyib.