"Siz onu yox, bu Röyanı görmək istədiniz"

3 Oktyabr 2018 12:17 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan sosial şəbəkədə yayılan arxiv fotosuna münasibət bildirib.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni onun çox dəyişdiyini ələ salanlara sərt cavab verib:

“Bu keçmiş deyil, keçmiş başqa söz və mənadır. O başqa mövzudur, o heç... Amma vurğulamaq istədim ki, gələcəyini görməyən birinə... Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da Gəncədən tapdıq və özümüz paylaşdıq. Çünki buradakı gözlərdə utanan və bir qız hekayəsi var. Siz onu yox, bax, mən Röyanı görmək istədiniz. Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox çətin çata”.