Azərbaycan Dəmir Yolları Binədə baş verən qəzanın videogörüntülərini yayıb

3 Oktyabr 2018 15:12 (UTC+04:00)

Azərbaycan Dəmir Yolları QSC Binədə baş verən qəzanın videogörüntülərini yayıb.

QSC-dən Movqe.az-a verilən məlumata görə, açıqlamada deyilir:

"Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur. Hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar.

QSC bütün bunlara cavab olaraq, hadisənin real görüntüsünü ictimaiyyətə təqdim edir: