Ermənistanda yenə fövqəladə olaylar baş verir

4 Oktyabr 2018 09:31 (UTC+04:00)

Oktyabrın 2-i axşam parlament növbədənkənar seçkilərin əleyhinə qərar verib. 2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan buna cavab olaraq İrəvanın küçələrinə minlərlə insan çıxarıb.
Baş nazir vaxtından əvvəl parlament seçkilərinə təkid edir, belə ki Milli Məclisdə çoxluq əvvəlki kimi öncəki hakimiyyəti təmsil edən deputatlara məxsusdur və bu, ölkədəki real siyasi vəziyyətə uyğun gəlmir.
Sentyabrın 23-də İrəvanda nüfuzlu yerli orqan sayılan Ağsaqqallar Şurasına seçkilər keçirilib. Seçkilərdə böyük qələbəni “Mənim addımım” bloku qazanıb. Baş nazir tərəfindən dəstəklənən bu blok səslərin 80 faizini toplayıb.
Ölkə sakinlərinin, demək olar ki, yarısı paytaxtda yaşadığından ekspertlər elə yeni hakimiyyətin özü kimi bu qələbəni hazırkı hökumətə böyük bir dəstək kimi qiymətəndirib.
Və hələ əgər az əvvəl Paşinyan növbədənkənar parlament seçkilərinin il ərzində – yəni 2019-cu ilin mayınadək keçiriləcəyini deyirdisə, Yerevandakı uğur onu prosesi tezləşdirməyə ruhlandırıb.
Baş nazir oktyabrın 2-də bəyan edib ki, növbədənkənar seçkilər 2018-ci ilin dekabrında keçiriləcək.
Elə həmin günün axşamı parlamentin qəbul etdiyi qanun layihəsindən xəbər tutan Paşinyan onu “əksinqilabi” adlandırıb.
“Əgər Ermənistan “Milli Məclisinin Reqlamenti” qanununa dəyişikliklər edilıməsi barədə qanun geri çağırılmayacaqsa… mən kömək üçün xalqa müracət etməli olacam”, – Paşinyan bəyan edib. O elə belə də etdi.
Nikol Paşinyan istefa bəyanatını verdikdən sonra deputatlarla danışıqlara yollanıb. Bununla yanaşı, yenidən, elə inqilab günlərində olduğu kimi, adamları sakitliyə və heç bir aqresiya və güc tətbiqi olmadan dinc etiraza səsləyib.
Paşinyan onu Milli Məclisin binasının qarşısında gözləyən tərəfdarlarının qarşısına təxminən gecə saat ikinin yarsıında yenidən çıxıb və bəyan edib ki, “əksinqilab” olmayacaq.
Baş nazir həmçinin bəyan edib ki, Respublika partiyası, “Sarukyan” bloku və ya “Daşnaksütyun” partiyası baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər. Ancaq onlar bu qərarın adamlarda hansı reaksiya doğuracağını nəzərə almalıdırlar:
Beləliklə, hazırda o məlumdur ki, sabiq hakim partiya olan Respublika partiyasının və ona birləşmiş nümayəndələr hələ ki şifahi razılıq verildiyi söylənilsə də əslində heç də elə deyilmiş. Paşinyan sadəcə bu açıqlamları ilə xalqı aldatmağa çalışır.
Ermənistanın sosial şəbəkələrində daha çox “inqilabi” hökuməti dəstəkləyənlər fəaldırlar. 
“Baş nazir Paşinyan çağırdı və bir saatdan sonra küçələri insan axını bürüdü. Adamlar nə qədər ayağa qalxmalıdırlar ki, onlar (sabiq hakim Respublika partiyası), nəhayət, anlasınlar: qalmaq alınmayacaq, parlament qapılarının arxasında gizlənmək və gizlicə öz aralarında qəbul etdikləri kağızlarla nəyəsə müvəffəq olmaq alınmayacaq, gözləmək, hiylə gəlmək alınmaycaq! Sizi görmək istəmirlər, gedin, yerləri boşaldın, normal yaşamağa imkan verin, yaxamızdan düşün!”
“Sabiq hökümət anlamaq, inanmaq, qəbul etmək istəmir ki, nifrət etdiyi xalq, rədd etdiyi xalq qərar verə bilər! Bu qədər müddət onlara necə dözmüşük?! Daha dözən deyilik!”

Ehtiram Aşırlı