ABŞ Vyana konvensiyasından da geri çəkildi

4 Oktyabr 2018 12:04 (UTC+04:00)

ABŞ Vyana Diplomatik Münasibətlər Konvensiyasından geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton verib.

Bolton Fələstinə görə ABŞ-ın konvensiyadan geri çəkildiyini bildirib. Belə ki, Fələstin ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsinə görə iddia qaldırıb.

Bolton Trampın sözügedən konvensiyadan çıxmaq barədə qərar verdiyini söyləyib.