Rusiya “QRU”su daha bir ağır cinayətdə ittiham olundu

4 Oktyabr 2018 14:29 (UTC+04:00)

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi Rusiyanın Baş Kəşfiyyat İdarəsini bütün dünyada biznesə, siyasi institutlara, idman və KİV-ə kortəbii və şüursuz kiberhücumlar təşkil etməkdə ittiham edib. “Fancy Bear”, “Pawnstorm” və “Tsar Team” kimi haker qruplarının arxasında məhz “QRU” dayanırdı.

 
Kiberhücumlardan zərər çəkmiş ölkələr arasında ABŞ, Böyük Britaniya və Rusiyanın özü də var.