Rusiya: S-300-lər verildi, başqa addımlar da atılacaq

4 Oktyabr 2018 14:56 (UTC+04:00)

Rusiyanın Suriyaya göndərdiyi S-300 sistemləri havadan müdafiəni daha yaxşı təşkil edəcək, bunun ardından başqa addımlar da atılacaq.

Movqe.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.

“S-300 HHM sistemlərinin qurulması tamamlandı. Bu yeni bir hava müdafiəsi səviyyəsi yaratdı. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun açıqladığı digər addımlar da atılacaq”, - Verşinin deyib.

Qeyd edək ki, İl-20 kəşfiyyat təyyarəsinin Suriyanın Latakiya bölgəsində vurulmasının günahını İsraildə görən Rusiya yaxın iki həftə ərzində Suriyaya S-300 zenit raket kompleksləri verəcəyini açıqlamışdı.