Rusiyalı ekspert: "Ermənistanda keçiriləcək parlament seçkiləri oyundur"

4 Oktyabr 2018 16:50 (UTC+04:00)

"Bu gün Ermənistandakı hakim ideologiya ifrat millətçilik və irqçilikdən ibarətdir".

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikir bildirərkən rusiyalı hüquqşünas və tarixçi, professor Oleq Kuznetsov deyib. 
O bildirib ki, Ermənistanda heç bir demokratik hərəkatlardan söhbət gedə bilməz: "Demokratiya üçün zəmin tamamilə məhv edilib. Odur ki, qarşıdakı seçkilər oyundan başqa bir şey deyil”.
Ekspertin fikrincə, bu gün Ermənistanda ideoloji müxtəliflik mövcud deyil.