Roma Papası İndoneziyaya yardım göndərdi - 100 min dollar

4 Oktyabr 2018 17:35 (UTC+04:00)

Roma Papası I Fransisk İndoneziyada zəlzələ və sunamidən zərər çəkənlərə 100 min dollar məbləğində yardım göndərib.

Trend-in məlumatına görə, həmin məbləğ bölgəyə yollanan humanitar yardım çərçivəsində göndərilib.

Roma Papası təbii fəlakətdən zərər çəkənlərə yaxın olduğunu bildirib.

Xatırladaq ki, İndoneziyanın Sulavesi adasında ard-arda baş vermiş zəlzələlər və sunami nəticəsində 1400-dən çox şəxs həlak olub.