"Qazprom neft": Neftin qiyməti 100 dollara çata bilər - İrana qarşı sanksiyalara görə

4 Oktyabr 2018 18:15 (UTC+04:00)

Neftin bir barelinin qiyməti İrana qarşı sanksiyalara görə 100 dollara çata bilər.

Trend-in məlumatına görə, Rusiyanın "Qazprom neft" şirkətinin rəhbəri Aleksandr Dyukov belə hesab edir.

O, son günlərdə neft bazarında qiymət artımının müşahidə olunduğunu xatırladıb:

"Qiymətə gəldikdə isə şübhəsiz ki, İran neftinə münasibətdə tətbiq edilməsi gözlənilən sanksiyalarla əlaqədar olaraq kəsirin yaranma riski qiymətə təsir edir".

Bununla belə, A.Dyukov qeyd edib ki, qiymət artımında nə istehsalçılar, nə də istehlakçılar maraqlıdır.