Qaradağda yanğın: 1 nəfər xilas olundu

5 Oktyabr 2018 12:53 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək 3 kv.m sahədə yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.