Topaz Premyer Liqasında VII turun görüşləri keçirilir

5 Oktyabr 2018 14:49 (UTC+04:00)

Bu gün futbol üzrə Topaz Premyer Liqasında VII turun görüşləri keçiriləcək.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, ilk dövrənin son turunda 4 qarşılaşmadan 3-ü baş tutacaq. "Qarabağ"ın "Keşlə" ilə səfər matçı 31 oktyabra təxirə salınıb. Bu, Ağdam komandasının müraciəti əsasında baş verib. 6 oktyabrda keçirilməli olan "Zirə" - "Qəbələ" qarşılaşmasının isə bir gün tez oynanılmasına qərar verilib. Bu görüş turun açılış matçına təsadüf edəcək.

"Səbail" və "Sumqayıt" komandaları isə 5-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 4 görüşdən 1-də Bayıl komandası, 2-də "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, daha 1 matç heç-heçə ilə nəticələnib. 

Günün son matçında isə lider "Neftçi" debütant "Sabah"ı qəbul edəcək. 

5 oktyabr (cümə)

18:00. "Zirə” – "Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov

Dalğa Arena

19:00. "Səbail” – "Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli

Bayıl Arena

20:15. "Neftçi” – "Sabah”

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev

Bakcell Arena