Prezident İlham Əliyev Beyləqanın icra başçısını vəzifəsindən azad edib

5 Oktyabr 2018 15:28 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.