Ramil Usubov yeni polis rəisləri təyin etdi

5 Oktyabr 2018 18:00 (UTC+04:00)

Bakının bir neçə polis bölməsində yerdəyişmələr qeydə alınıb.

Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli Nəsimi Rayon Polis İdarəsinin 19-cu Şöbəsinə rəis göndərilib. Onun yerinə isə 20-ci bölmənin rəisi Nasir Babayev təyinat alıb.