Maurisio Sarri: “Chelsea oyuna nəzarət etməyi öyrənməlidir”

8 Oktyabr 2018 12:55 (UTC+04:00)

Chelsea-nın baş məşqçisi Mauriçio Sarri komandasının Sautqempton üzərinə qələbəsini (3:0) şərh edib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis matçın onlar üçün gözlənilən nəticə ilə başa çatdığını deyib. “Komandamdan belə oyun gözləyirəm. Meydanda asan hərəkət edirdik. İki-üç ötürmədən sonra rəqibin meydançasına daxil olurduq. Hesab edirəm ki, futbolçularım məhz bu cür oyun göstərməlidir. Qalib gələcəyimizi bilirdim. Nəticə gözlədiyimiz kimi oldu. Chelsea oyuna nəzarət etməyi öyrənməlidir. Müdafiədə əla oynayırıq. Hücumda çatışmazlıqlar var. Bunları aradan qaldırmaq lazımdır”.