ADAU-nun rektoru Moldovada Fəxri Doktor adına layiq görülüb

8 Oktyabr 2018 14:36 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan  MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlarının “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusunda keçirilən iclasda iştirak edir. Rektor Azərbaycanda aqrar sahədə üzümçülüyün yeri və bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, cari tədris ilindən ADAU-da bakalavriat səviyyəsində “şərabçılıq” ixtisası üzrə yalnız dövlət sifarişi mütəxəssis hazırlığının aparılması, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinin və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

Tədbir çərçivəsində İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin Fəxri Doktoru adına layiq görülüb. “ Beynəlxalq Müəllimlər Günü”ndə növbəti fəxri ada layiq görülməsi münasibətilə rektoru təbrik edir, uzun ömür, can sağlığı, işlərində yeni-yeni nailiyyətlər arzu edirik.
                                         

 Əlihüseyn Şükürov