Yəhudilər prezidenti dəstəkləyir

1 May 2012 13:23 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞda edilən bir anketdə, ölkədəki yəhudilərin çoxunun ABŞ Prezidenti  Barak Obamanın İsrail siyasətinə dəstək verdiyini məlum edib.

Amerikan Yəhudi Komitəsi tərəfindən nümayiş olunan anket nəticələrinə görə, ABŞ-dakı yəhudilərin 58 faizi Obama rəhbərliyinin İsrail ilə əlaqələrini  dəstəklədiyi halda, 40 faizi buna qarşı olduğunu bildirib.

Anketə qatılanların  61 faizi noyabr ayında keçiriləcək seçkidə Obamanı seçəcəyini bildiriblər, lakin 28 faiz seçimini respublikaçı namizəd Mitt Romneydən yana istifadə edəcəyini bildiriblər.

Anketə görə, yəhudi qadınların  67 faizi, kişilərin isə  55 faizi Obamanı dəstəkləyir.

Araşdırmanın diqqət çəkən nəticələrindən biri, Obamaya dəstəyin iqtisadi prioritetli mövzu olaraq görən dünyəvi seqment arasında daha yüksək olması olub.

Sinaqoqlara getməyənlər və dini mərasimlərə qatılmayanlar arasında Obamaya dəstək nisbəti  67 faizə yüksələrkən eyni seqmentdə Romneyə dəstək nisbəti  21 faizdə qalıb.


Ziba Yusifova

Movqe.az