3 milyonluq Mercedes-dən düşüb özəl təyyarəyə mindi - FOTO

8 Oktyabr 2018 15:35 (UTC+04:00)

ABŞ-da populyar olan realiti-şou ulduzu Farra Ebraham dünən Kaliforniya ştatındak Van Nuis şəhərində idi.

Movqe.az milli.az-a istinadən bildirir ki, hava limanına 3 milyon dollarlıq, 6 təkərli Mercedes G63 AMG avtomobilində gələn Ebrahamı tanınmış prodüser Devid Vayntraub müşayiət edirdi.

27 yaşlı Ebraham maşından düşərək özəl reaktiv təyyarəyə minib və MTV telekanalındakı "Teen Mom" realiti-şousunun yeni çəkilişlərinə yollanıb.

 

Çəkilişlərdən əvvəl o, UFC çempionu titulu uğrunda Konan Makqreqorla Həbib Nurməhəmmədov arasında döyüşü seyr etmək üçün Las-Veqas şəhərinə gedib.