Paris metrosunda bıçaqlı hücum - Polis yaralandı

8 Oktyabr 2018 17:38 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə bıçaqla silahlanmış şəxs polis əməkdaşını yaralayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə polislərin əlində bıçaqla gəzən şəxsi saxlamağa çalışarkən baş verib.

Hücumdan sonra həmin şəxs saxlanılıb və təcridxanaya yerləşdirilib.

 

Qeyd olunur ki o, əvvəllər narkotik ticarət ilə əlaqədar polis tərəfindən saxlanılıb.