Binədə avtobusla qatarın toqquşması nəticəsində yaralananların SON VƏZİYYƏTİ

9 Oktyabr 2018 12:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

O bildirib ki, xəstənin müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir.

Nazirlik rəsmisi əlavə edib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında isə 8 nəfər qalıb: "Onlardan biri reanimasiyadadır. Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır".

Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.